Siyasət
Bakıda İndoneziyanın müstəqilliyinin 81-ci 17.08.2026
İqtisadiyyat
Yeddi ayda külək elektrik stansiyalarından 17.08.2026
Mədəniyyət
Məbud Məhərrəmov: Müslüm Maqomayev ümumxalq 17.08.2026
Dünya
Almaniyanın xidmət işçiləri altı limanda 17.08.2026Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və ABŞ liderlərinin Alyaskada keçirilən görüşünü alqışlayıb. O, bu prosesin Ukrayna Prezidentinin iştirakı ilə davam edəcəyinə ümidvar olduğunu bildirib.
Bu barədə Türkiyə lideri sosial şəbəkələrdə müvafiq paylaşım edib.
“Prezidentlər Donald Tramp və Vladimir Putinin Alyaskadakı görüşü Rusiya-Ukrayna müharibəsinə son qoymağın yollarını tapmaq üçün yeni stimul oldu. Biz bu görüşdən məmnun olduğumuzu bildirir, ümid edirik ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu yeni prosesdə iştirak edəcək və beləliklə, uzunmüddətli sülhün təməli qoyulacaq”, -deyə Ərdoğanın şənbə günü etdiyi paylaşımda vurğulanır.
Türkiyə lideri əmin edib ki, Ankara “davamlı sülh işinə mümkün töhfə verməyə hazırdır”.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və ABŞ liderlərinin Alyaskada keçirilən görüşünü alqışlayıb. O, bu prosesin Ukrayna Prezidentinin iştirakı ilə davam edəcəyinə ümidvar olduğunu bildirib.