Yazarlar / Sosial
Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu 16.10.2026Yazarlar / Sosial
Jurnalistlərin IX qurultayı keçirildi 16.10.2026
Dünya / Maraqlı
Alimlər 2500 il yaşı olan qədim günəş 16.10.2026
İdman
UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a 16.10.2026

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Bilefeld şəhərində məhkəmə binasının qarşısında silahlı hücum törədilib.
“Bild” qəzetinə istinadla xəbər verilir ki, naməlum şəxs boksçu Besar Nimaninin qətlə yetirilməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesinin başa çatmasından sonra binadan çıxan insanlara odlu silahdan bir neçə dəfə atəş açıb. Sonra həmin şəxs avtomobillə hadisə yerindən uzaqlaşıb.
Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Xəsarət alanlar arasında təqsirləndirilən şəxslərdən birinin atasının və qardaşının da olduğu bildirilir. Hücumla əlaqədar hadisə yerinə polis və xüsusi təyinatlı qüvvələr, helikopter cəlb olunub. Hadisəni törətməkdə şübhəli bilinən şəxslərdən biri saxlanılıb.
Qeyd edək ki, Hüseyn Akkurt və Ayman Davud Kirit adlı iki şəxs ötən ilin martında Bielefeld şəhərinin mərkəzində boksçu Besar Nimanini odlu silahla qətlə yetirməkdə ittiham olunurlar.