Viktor Orban Ukraynanın Avropa İttifaqına üzvlüyünün əleyhinədir

Dünya

Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın Avropa İttifaqına dərhal daxil olmasının qəti əleyhinədir, lakin bunun gələcəkdə baş verə biləcəyini də istisna etmir.

Viktor Orban bunu “Kossuth” radiostansiyasının səhər proqramına müsahibəsində deyib. Onun sözlərinə görə, hazırda Ukraynanın Avropa İttifaqına üzvlüyü onun ölkəsinin maraqlarına tamamilə ziddir.

Macarıstanın hökumət başçısı, həmçinin Ukraynanın Avropa İttifaqına qəbul edilməsinə etiraz etdiyini, lakin bu vəziyyətin əbədi olmayacağını bildirib.

Baş nazirin fikrincə, Ukraynanın Avropa İttifaqına daxil olması, ilk növbədə, macar fermerlərinin və bütövlükdə ölkənin kənd təsərrüfatı sektorunun iflasına gətirib çıxaracaq ki, bu da Macarıstanın iqtisadiyyatını məhv edə bilər.

“Mən Macarıstanın maraqları baxımından Ukraynanın Avropa İttifaqına üzvlüyünü dəstəkləyə bilmərəm”, - deyə Orban vurğulayıb.

Хəbər lentİ