Yazarlar / Sosial
Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu 16.10.2026Yazarlar / Sosial
Jurnalistlərin IX qurultayı keçirildi 16.10.2026
Dünya / Maraqlı
Alimlər 2500 il yaşı olan qədim günəş 16.10.2026
İdman
UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a 16.10.2026

İtaliyanın Milan şəhərində 5 yaşlı uşaq parkda gəzən 87 yaşlı qadını öldürüb.
87 yaşlı italyan qadın 74 yaşlı əri ilə parkda gəzirmiş. Qadını velosiped sürməyi öyrənən beş yaşlı uşaq vurub. Yaşlı qadın ayaq üstə qala bilməyib. O, yıxılan kimi başı yerə çırpılıb.
Uşağın yanında olan atası təcili yardım çağırıb. Həkimlər gələnə qədər qadının vəziyyəti pisləşib.
Təqaüdçü tibb müəssisəsinə aparılıb, həkimlər ona kömək etməyə çalışsalar da, o, dünyasını dəyişib.
Prokurorluq nümayəndələri oğlanın atasına qarşı iş açıb. İttiham tərəfi iddia edirdi ki, kişi oğluna nəzarət etməli idi.
Lakin məhkəmə işə baxaraq belə qənaətə gəlib ki, hadisə ani olub, onu proqnozlaşdırmaq mümkün deyil. Uşaq isə velosipedi həyat üçün təhlükə yaratmayan sürətlə sürürdü.