Siyasət
Bakıda İndoneziyanın müstəqilliyinin 81-ci 17.08.2026
İqtisadiyyat
Yeddi ayda külək elektrik stansiyalarından 17.08.2026
Mədəniyyət
Məbud Məhərrəmov: Müslüm Maqomayev ümumxalq 17.08.2026
Dünya
Almaniyanın xidmət işçiləri altı limanda 17.08.2026Aprelin 16-da axşam saatlarında Rusiya ordusunun Ukraynanın Dnepr şəhərinə etdiyi dron hücumu nəticəsində ölən mülki şəxslərin sayı 3 nəfərə çatıb, 30-u isə xəsarət alıb.
Bu barədə Dneprpetrovsk vilayət Hərbi Administrasiyasının rəhbəri Sergey Lısakin “Telegram” səhifəsində məlumat verib.
Həlak olanlardan biri, xəsarət alanlardan isə 5-i uşaqdır. Xəsarət alanlardan 16-sı xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağır qiymətləndirilir.
Dnepr şəhər meri Boris Filatov isə öz sosial media səhifələrində bildirib ki, şəhərə dron hücumu nəticəsində azı 15 evə ziyan dəyib. Üstəlik, “Şahed”lərdən biri şəhər meriyasının binasının yaxınlığına düşüb. Bundan başqa, hücum nəticəsində Filatovun həyat yoldaşına məxsus qadın geyimləri mağazası da dağılıb.
Aprelin 16-da axşam saatlarında Rusiya ordusunun Ukraynanın Dnepr şəhərinə etdiyi dron hücumu nəticəsində ölən mülki şəxslərin sayı 3 nəfərə çatıb, 30-u isə xəsarət alıb.