Tramp administrasiyası autizmlə bağlı tədqiqatların maliyyələşdirilməsini azaldıb

Hadisə

Səhiyyə naziri Robert Kennedi ABŞ-da artan autizm halları ilə mübarizənin Tramp administrasiyası üçün səhiyyə sahəsində əsas prioritet olacağını vəd edib.

O, keçən ay autizmin ekoloji səbəblərini müəyyən etmək üçün Milli Səhiyyə İnstitutlarından (MSİ) 50 milyon dollar qrant ayıracağını vəd etmiş və milli “autizm reyestrinin” yaradılması planlarını açıqlamışdır.

Bununla belə, 2025-ci ilin ilk dörd ayında MSİ autizmlə bağlı tədqiqatların maliyyələşdirilməsini təxminən 31 milyon dollar və ya 26 faiz azaldıb. “Reuters” xəbər verir ki, maliyyələşdirmə 2024-cü ilin eyni dövrə görə 147 milyon dollardan 116 milyon dollara düşüb.

Autizmlə bağlı araşdırmalara Tramp administrasiyası tərəfindən Harvard Universiteti və ya Milli Səhiyyə İnstitutlarından maliyyə alan Kolumbiya Universitetinin Autizm sahəsində Qabaqcıl Təcrübə Mərkəzi kimi tədqiqat universitetlərinə federal maliyyəsinin dayandırılması da təsir edə bilər.

Хəbər lentİ