Yazarlar / Sosial
Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu 16.10.2026Yazarlar / Sosial
Jurnalistlərin IX qurultayı keçirildi 16.10.2026
Dünya / Maraqlı
Alimlər 2500 il yaşı olan qədim günəş 16.10.2026
İdman
UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a 16.10.2026Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) Avropada cari mövsüm və son beş ildə həyata keçirilən futbolçu transferlərinin maliyyə nəticələrini açıqlayıb.
2025/2026-cı illər mövsümünə aid iki transfer pəncərəsi üzrə ən böyük mənfi balans İngiltərə Premyer Liqasının hazırkı lideri “Arsenal”da qeydə alınıb (-362 milyon avro). London klubu yeni oyunçuların alışına 378 milyon avro xərcləyib, əvəzində isə cəmi 16 milyon avro gəlir əldə edib. Siyahıda ikinci ən mənfi göstərici “Liverpul”a məxsusdur (-244 milyon avro).
Son beş ildə isə transferlərə ən çox vəsait xərcləyən klublar “Çelsi” (-883 milyon avro) və “Mançester Yunayted” (-859 milyon avro) olub.
Ən müsbət transfer balansına malik komandalar isə cari mövsümdə “Monako” (+148 milyon avro), son beş ildə isə “Benfika” (+346 milyon avro) olub. Portuqaliya təmsilçisi bu göstəricidə “Lill” (+273 milyon avro), “Ayaks” (+270 milyon avro) və “Zalsburq”u (+242 milyon avro) qabaqlayıb.
Qeyd olunub ki, araşdırmada göstərilən bütün rəqəmlərə əlavə ödənişlər və sonrakı satışlardan əldə olunan gəlirlər də daxil edilib.
Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) Avropada cari mövsüm və son beş ildə həyata keçirilən futbolçu transferlərinin maliyyə nəticələrini açıqlayıb.