Siyasət
Bakıda İndoneziyanın müstəqilliyinin 81-ci 17.08.2026
İqtisadiyyat
Yeddi ayda külək elektrik stansiyalarından 17.08.2026
Mədəniyyət
Məbud Məhərrəmov: Müslüm Maqomayev ümumxalq 17.08.2026
Dünya
Almaniyanın xidmət işçiləri altı limanda 17.08.2026
Azərbaycanın sərbəst güləşçiləri Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatında mübarizəyə başlayırlar.
Yığmanın heyətində Rəşid Babazadə (65 kiloqram), Osman Nurmaqomedov (97 kiloqram) yarışa təsnifat, İslam Bazarqanov (57 kiloqram), Kənan Heybətov (70 kiloqram) və Cəbrayıl Hacıyev (79 kiloqram) 1/4 final mərhələsindən başlayacaqlar.
Bu gün, həmçinin Azərbaycanın qadın güləşçiləri Jalə Əliyeva (57 kiloqram), Ruzanna Məmmədova (62 kiloqram) və Birgül Soltanova (65 kiloqram) bürünc medal uğrunda görüşdə qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, Azərbaycan aprelin 26-dək davam edəcək Avropa çempionatında 25 güləşçi ilə təmsil olunur. İndiyədək yunan-Roma güləşçilərindən Həsrət Cəfərov (67 kiloqram) və Qurban Qurbanov (82 kiloqram) Avropa çempionu olublar, Nihat Məmmədli (60 kiloqram), Rəşad Məmmədov (55 kiloqram) və İslam Abbasov (87 kiloqram) bürünc medal qazanıblar. Qadınların güləşində isə Günay Qurbanova (59 kiloqram) Avropa üçüncüsü olub.