Yazarlar / Sosial
Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu 16.10.2026Yazarlar / Sosial
Jurnalistlərin IX qurultayı keçirildi 16.10.2026
Dünya / Maraqlı
Alimlər 2500 il yaşı olan qədim günəş 16.10.2026
İdman
UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a 16.10.2026
Formula 1 Azərbaycan Qran-Prisinin 10 illik tarixində marşal olmaq üçün 35 mindən çox müraciət daxil olub.
Bakı Şəhər Halqasından bildirilib ki, müraciətlərin sayı ildən-ilə artıb. 2017-ci ildə 2379 nəfər müraciət etmişdisə, 2026-cı ildə bu göstərici 4201-ə yüksəlib.
2016-cı ildə Bakıda keçirilən ilk yarışda marşalların böyük hissəsi Bəhreyndən cəlb olunsa da, 2017-ci ildən etibarən mütləq əksəriyyəti yerli mütəxəssislər təşkil edib. Azərbaycan Qran-Prisinin 10-cu - yubiley yarışında 40 postda 1100 yerli marşalın iştirakı nəzərdə tutulur. Bundan əlavə, təşkilatçılığa 40 ölkəni təmsil edən 110 beynəlxalq marşal cəlb olunacaq.
Təcrübə qazanan azərbaycanlı marşallar artıq xarici yarışlarda da fəaliyyət göstərirlər. Hər il 25–30 yerli marşal müxtəlif ölkələrə səfər edir. 2026-cı ildə iki azərbaycanlı marşal ilk dəfə Monako Qran-Prisində çalışıb. Əvvəlki illərdə isə yerli marşallarımız ABŞ (2021) və Əbu-Dabi Qran-prilərində vacib tapşırıqları icra ediblər.
Həmçinin 2022-ci ildə Bakı yarışında postlardan birinin tamamilə qadın marşallardan ibarət olması Formula 1 tarixində ilk belə fakt kimi qeydə alınıb.