Siyasət
Bakıda İndoneziyanın müstəqilliyinin 81-ci 17.08.2026
İqtisadiyyat
Yeddi ayda külək elektrik stansiyalarından 17.08.2026
Mədəniyyət
Məbud Məhərrəmov: Müslüm Maqomayev ümumxalq 17.08.2026
Dünya
Almaniyanın xidmət işçiləri altı limanda 17.08.2026Azərbaycan cüdoçuları Slovakiyanın Samorin şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunu 10 medalla başa vurublar.
Cüdo Federasiyasından verilən məlumata görə, turnirin son günündə yığmanın 5 üzvü tatamiyə çıxıb. Onlardan 4-ü fəxri kürsüyə qalxıb.
Belə ki, Səid Şərifov (73 kiloqram), Amin Mehdiyev, Abdullah Rəhmətov (hər ikisi 81 kiloqram) və Sübhan Axundov (+90 kiloqram) bürünc mükafata yiyələniblər. Məhəmməd Ağakişiyev (73 kiloqram) isə 7-ci olub.
Azərbaycan cüdoçuları yarışın ilk günündə 2-si qızıl, 2-si gümüş və 2-si bürünc olmaqla 6 medal qazanmışdılar.
Bununla da milli komanda Avropa Kubokunda medal əyarına görə ümumi hesabda 4-cü, oğlanlar arasında isə 2-ci yeri tutub.
Qeyd edək ki, Azərbaycan turnirdə oğlanlar arasında 8 çəki dərəsində 16 cüdoçu ilə təmsil olunub.
Azərbaycan cüdoçuları Slovakiyanın Samorin şəhərində keçirilən yeniyetmələr arasında Avropa Kubokunu 10 medalla başa vurublar.