Siyasət
Bakıda İndoneziyanın müstəqilliyinin 81-ci 17.08.2026
İqtisadiyyat
Yeddi ayda külək elektrik stansiyalarından 17.08.2026
Mədəniyyət
Məbud Məhərrəmov: Müslüm Maqomayev ümumxalq 17.08.2026
Dünya
Almaniyanın xidmət işçiləri altı limanda 17.08.2026Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), “Marsol Group” və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı ilə “Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsinə yenidən start verilib.
KOBİA-dan bildirilib ki, layihədə 70-dən çox xanım sahibkarın iştirakı nəzərdə tutulur.
Layihə çərçivəsində iştirakçılar üçün təlimlər, ofis və istehsalat ziyarətləri, dövlət qurumlarında görüşlər, master klaslar və s. təşkil olunacaq. Məqsəd qadın sahibkarların işgüzar əlaqələrini genişləndirmək, onların biznes biliklərini artırmaq, qadın sahibkarlar arasında əlaqələri genişləndirməkdir.
Layihənin təqdimatına həsr olunmuş tədbirdə layihənin təşkilinə dəstək göstərən təşkilatların nümayəndələri və qadın sahibkarlar iştirak ediblər. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının və “Marsol Group”un İdarə Heyətinin sədri Tural Mustafayev çıxış edərək ölkəmizdə qadın sahibkarlığın inkişafına dəstək tədbirləri, bu sahədə özəl sektorun təşəbbüsləri və layihə barədə məlumat veriblər. Tədbir çərçivəsində qadın sahibkarların biznes sahəsində yeniliklər və layihə barədə sualları da cavablandırılıb.
Layihə mart ayında başa çatacaq.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), “Marsol Group” və İş adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) birgə təşkilatçılığı ilə “Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsinə yenidən start verilib.