Yazarlar / Sosial
Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu 16.10.2026Yazarlar / Sosial
Jurnalistlərin IX qurultayı keçirildi 16.10.2026
Dünya / Maraqlı
Alimlər 2500 il yaşı olan qədim günəş 16.10.2026
İdman
UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a 16.10.2026SOCAR-ın prezidenti Rövşən Nəcəf Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin sədri və “ITOCHU” Korporasiyasının baş əməliyyat direktoru Tetsuya Yamada ilə görüşüb.
SOCAR-dan bildirilib ki, görüşdə Azərbaycan ilə Yaponiya arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi, aparılan səmərəli müzakirələrin münasibətlərin inkişafına təkan verdiyi qeyd olunub. Bu xüsusda, cari ilin sentyabrında Tokio şəhərində keçirilən Azərbaycan Respublikası ilə Yaponiya arasında iqtisadi əməkdaşlıq üzrə Dövlət Komissiyasının 12-ci birgə iclası məmnunluqla xatırlanıb.
Söhbət zamanı SOCAR ilə “ITOCHU” Korporasiyasının birgə iştirakı ilə icra olunan layihələrə dair fikir mübadiləsi aparılıb, həmçinin enerji sektorunun müxtəlif istiqamətlərində əməkdaşlıq imkanları nəzərdən keçirilib. Tərəflər neft-qaz hasilatı və nəqli, enerji infrastrukturu, sənayedə müasir texnologiyaların tətbiqi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
SOCAR-ın prezidenti Rövşən Nəcəf Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin sədri və “ITOCHU” Korporasiyasının baş əməliyyat direktoru Tetsuya Yamada ilə görüşüb.