Yazarlar / Sosial
Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu 16.10.2026Yazarlar / Sosial
Jurnalistlərin IX qurultayı keçirildi 16.10.2026
Dünya / Maraqlı
Alimlər 2500 il yaşı olan qədim günəş 16.10.2026
İdman
UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a 16.10.2026
Kənd təsərrüfatı və tibbi preparatların istehsalı Rusiya ilə Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərinə çevrilir.
Bu barədə rusiyalı siyasi analitik Mixail Neyjmakov deyib.
Analitikin sözlərinə görə, Azərbaycan ərzaq məhsulları da daxil olmaqla, Rusiya istehsalı olan məhsulların ixracı üçün nəqliyyat qovşağı rolunu oynayır, eyni zamanda, federasiyaya meyvə və tərəvəzin idxalını təmin edir. Ərzaq məhsullarına tələbat və ərzaq təhlükəsizliyinin vacibliyi nəzərə alınmaqla, bu sahələrə qarşıdakı illərdə də tələbat yüksək olacaq.
Bununla yanaşı, Mixail Neyjmakov tibbi texnologiyaların inkişaf perspektivlərini, o cümlədən insulin və digər həyati əhəmiyyətli dərman preparatlarının istehsalını xüsusi qeyd edib. Ekspert vurğulayıb ki, bu cür preparatların yerli istehsalı təhlükəsizlik baxımından strateji əhəmiyyət daşıyır və ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayır.