Mədəniyyət
Milli Azərbaycan Tarixi Muzeyində 1 iyun 02.06.2026Siyasət
“Bakı Enerji Həftəsi” Türkiyə mediasının 02.06.2026
İqtisadiyyat
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə 02.06.2026Sosial
FHN bəzi ərazilərdə gözlənilən küləkli və 02.06.2026Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qərar və tələblərinə uyğun olaraq, ölkə üzrə heyvan bazarlarının fəaliyyətinin baytarlıq-sanitariya normalarına uyğunlaşdırılması istiqamətində işlər davam etdirilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Salyan rayonunda yerləşən heyvan bazarında yenidənqurma işləri yekunlaşdırılıb.
Aparılan işlər zamanı bazar ərazisi hasarlanıb, bütün sahə betonlanıb, bazarın giriş hissəsində baytarlıq nəzarətinin həyata keçirilməsi üçün müvafiq şərait yaradılıb. Eyni zamanda, iri və xırdabuynuzlu heyvanlar üçün ayrı-ayrı satış pavilyonları quraşdırılıb, yem anbarı inşa edilib, həmçinin tullantıların yığılması və idarəolunması məqsədilə xüsusi sahə ayrılıb.
Yaxın günlərdə bazarın fəaliyyətə başlaması ilə bağlı məsələyə agentlik tərəfindən baxılması nəzərdə tutulur.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin müvafiq qərar və tələblərinə uyğun olaraq, ölkə üzrə heyvan bazarlarının fəaliyyətinin baytarlıq-sanitariya normalarına uyğunlaşdırılması istiqamətində işlər davam etdirilir.