Mədəniyyət
Milli Azərbaycan Tarixi Muzeyində 1 iyun 02.06.2026Siyasət
“Bakı Enerji Həftəsi” Türkiyə mediasının 02.06.2026
İqtisadiyyat
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə 02.06.2026Sosial
FHN bəzi ərazilərdə gözlənilən küləkli və 02.06.2026
Rəqəmsal ödənişlər zamanı müəyyən risklər mövcuddur və bu, təkcə elektron ödənişlərə aid deyil. Nağd pulda da itirmə, oğurluq və s. risklər var.
İqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, rəqəmsal ödənişlərin də özünəməxsus riskləri mövcuddur və istifadəçilər bəzi vacib məqamlara diqqət yetirməlidirlər.
Onun sözlərinə görə, əsas risklərdən biri tanınmamış, etibarsız internet saytları və elektron platformalar üzərindən ödənişlərin həyata keçirilməsidir.
“Bu səbəbdən vətəndaşlara yalnız etibarlı və tanınmış platformalardan istifadə etmək tövsiyə olunur. Təhlükəsizliyi artırmaq üçün hər bir istifadəçi nağdsız ödənişlər üçün ayrıca ikinci cari hesab və ya kart yarada bilər. Lazım olan məbləğ həmin hesaba köçürülərək yalnız ödəniş məqsədilə istifadə oluna bilər. Bu isə əsas əməkhaqqı və ya debit kartlarının internet üzərindən birbaşa istifadəsi zamanı yarana biləcək riskləri azaldır”, - deyə ekspert vurğulayıb.
E.Əmirovun fikrincə, əsas kart məlumatlarının müxtəlif internet resurslarında açıq şəkildə istifadəsi təhlükə yarada bilər və bu baxımdan əlavə ehtiyat tədbirlərinin görülməsi vacibdir.