Mədəniyyət
Milli Azərbaycan Tarixi Muzeyində 1 iyun 02.06.2026Siyasət
“Bakı Enerji Həftəsi” Türkiyə mediasının 02.06.2026
İqtisadiyyat
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə 02.06.2026Sosial
FHN bəzi ərazilərdə gözlənilən küləkli və 02.06.2026Azərbaycanın nüvə tədqiqatları və radiasiya təhlükəsizliyi sahəsində 2025-ci il üzrə əhəmiyyətli fəaliyyətlər həyata keçirilib.
Bunu İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri Fərid Osmanov qurumun 2025-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı deyib.
Fərid Osmanov diqqətə çatdırıb ki, 2025-ci ildə radiasiya təhlükəsizliyi baxımından 94 içməli su obyekti və 75 dövlət əhəmiyyətli obyekt araşdırılıb.
“Eyni zamanda, nüvə elmi, radiasiya təhlükəsizliyi, su ehtiyatlarının monitorinqi və yüksək texnologiyaların tətbiqi sahəsində ölkədaxili və beynəlxalq əməkdaşlıq çərçivəsində ardıcıl tədbirlər görülüb. Həyata keçirilən bu tədbirlər ölkədə radiasiya təhlükəsizliyinin təmin edilməsinə, su resurslarının etibarlı monitorinqinə və nüvə elmi ilə yüksək texnologiyaların inkişafına xidmət edir. Ümumilikdə 1838 müvafiq tədqiqat və monitorinq prosesi aparılıb”, - deyə İRİA sədri əlavə edib.
Azərbaycanın nüvə tədqiqatları və radiasiya təhlükəsizliyi sahəsində 2025-ci il üzrə əhəmiyyətli fəaliyyətlər həyata keçirilib.