Yazarlar / Sosial
Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu 16.10.2026Yazarlar / Sosial
Jurnalistlərin IX qurultayı keçirildi 16.10.2026
Dünya / Maraqlı
Alimlər 2500 il yaşı olan qədim günəş 16.10.2026
İdman
UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a 16.10.20262023-cü ilin ikinci yarısından etibarən tikinti sektorunun həm nominal ÜDM həcmi, həm də ümumi iqtisadiyyatda payı stabil olaraq artmaqdadır. Bu tendensiya investisiya axınlarının bərpa olunması, xüsusilə işğaldan azad olmuş torpaqların bərpası istiqamətində iri infrastruktur layihələrinin icrası və daşınmaz əmlak bazarında tələb amillərinin güclənməsi ilə əlaqədar olub.
Bu barədə Mərkəzi Bankın açıqladığı “Maliyyə sabitliyi hesabatı”nda məlumat verilib.
“Tikinti sektorunun stabil artım tempi iqtisadiyyatda ümumi investisiya mühitinin güclənməsinə və məşğulluq səviyyəsinin qorunmasına müsbət təsir göstərib. Beləliklə, son dövrlərdə tikinti sektorunun ÜDM-dəki payının artması ümumi iqtisadi aktivliyin dəstəklənməsində əhəmiyyətli rol oynamışdır. 2024-cü ildə tikinti müəssisələrində çalışan muzdlu işçilərin sayı 2023-cü illə müqayisədə 3,7 faiz artaraq 117 min nəfər təşkil edib”, - deyə hesabatda bildirilir.
2023-cü ilin ikinci yarısından etibarən tikinti sektorunun həm nominal ÜDM həcmi, həm də ümumi iqtisadiyyatda payı stabil olaraq artmaqdadır. Bu tendensiya investisiya axınlarının bərpa olunması, xüsusilə işğaldan azad olmuş torpaqların bərpası istiqamətində iri infrastruktur layihələrinin icrası və daşınmaz əmlak bazarında tələb amillərinin güclənməsi ilə əlaqədar olub.