Siyasət
Bakıda İndoneziyanın müstəqilliyinin 81-ci 17.08.2026
İqtisadiyyat
Yeddi ayda külək elektrik stansiyalarından 17.08.2026
Mədəniyyət
Məbud Məhərrəmov: Müslüm Maqomayev ümumxalq 17.08.2026
Dünya
Almaniyanın xidmət işçiləri altı limanda 17.08.2026Mil-Muğan bölgəsində son günlər havaların qeyri-sabit keçməsi meyvə bağlarına təsirsiz ötüşməyib. Əsasən də yağan yağışlar ağaclarda çiçəklənməyə mənfi təsir edib. Buna baxmayaraq, fermerlər zərəri minimuma endirmək üçün qabaqlayıcı tədbirlər görürlər.
Mil-Muğan bölgəsində yerləşən İmişli rayonunda meyvə bağlarının çox hissəsi əsasən fərdi təsərrüfatlarda, yəni həyətyanı sahələrdədir. Yağan yağışlar səbəbindən bağlardan məhsul gözləntisi aşağı düşüb. Qeyri-sabit hava əsasən ərik və gilas ağaclarına təsir edib.
İmişlidən olan bağban Muxtar Əliməmmədov əvvəlki illərə nisbətən məhsuldarlığın iki dəfə az olacağını bildirir: “İstənilən qədər gilas olmayacaq. Çünki yağış çox təsir edib. Yağışlar ağac çiçəkləyən dövrdə düşdüyü üçün çiçəklər zədələnib tökülür. Bəzi ağaclarda çiçək qalsa da, bir çoxunda ümumiyyətlə heç yoxdur. Ötən il bu ağaclar 15-18 kiloqram məhsul verib. Lakin bu dəfə yağışın fəsadları səbəbindən hər ağac 5-6 kiloqramdan artıq məhsul verə bilməyəcək”.
Mil-Muğan bölgəsində son günlər havaların qeyri-sabit keçməsi meyvə bağlarına təsirsiz ötüşməyib. Əsasən də yağan yağışlar ağaclarda çiçəklənməyə mənfi təsir edib. Buna baxmayaraq, fermerlər zərəri minimuma endirmək üçün qabaqlayıcı tədbirlər görürlər.