Yazarlar / Sosial
Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu 16.10.2026Yazarlar / Sosial
Jurnalistlərin IX qurultayı keçirildi 16.10.2026
Dünya / Maraqlı
Alimlər 2500 il yaşı olan qədim günəş 16.10.2026
İdman
UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a 16.10.2026
Məşhur türk serialı “Hercai”də “Melike” obrazına həyat verən aktrisa Aslı Samat yeni görünüşü ilə müzakirələrə səbəb olub.
Türkiyə KİV-nə istinadən xəbər veririk ki, mədəkiçiltmə əməliyyatı keçirən aktrisa daha sonra sağlam qidalanaraq 110 kq arıqlayıb.
Bildirilib ki, Samat 2 yaşından bəri çəki ilə bağlı problem yaşayıb. 12 il əvvəl ona “Emosional yemək pozğunluğu” diaqnozu qoyulub. Aktrisa dəfələrlə arıqlamağa çalışsa da, istədiyi nəticəni əldə edə bilməyib.
“Mən indi daha rahatam. Bütün günümü çöldə keçirə bilirəm və heç bir ağrı hiss etmirəm. Gecənin bir yarısı əsəb gərginliyi keçirdim. Eşq, iş, pul - heç nə yox idi. Yanımda təkcə anam var idi. Bir gecənin içərisində qərar verdim. Ağladım, ağladım, səhər oyanıb anama dedim ki, mədəkiçiltmə əməliyyatı olacağam. O da “sənə bunu deməyə çalışırdım, sadəcə reaksiyandan qorxurdum”, - söylədi”, - aktrisa reportajlarının birində bildirib.
Qeyd edək ki, “Hercai” serialı 2019-2021-ci illərdə yayımlanıb. Baş rollarını Akın Akınözü ve Ebru Şahin canlandırıblar.