Siyasət
Regional Ekoloji Sammitdə 20.04.2026
Mədəniyyət
Bu gün Xalq artisti Nəsibə Zeynalovanın 20.04.2026
Dünya
ABŞ İrana qarşı hərbi əməliyyatlara 55 20.04.2026
Mədəniyyət
Nizami Kino Mərkəzində “At gücü” sənədli 17.04.2026
Balakhani Operating Company LTD”nin dəstəyi ilə həyata keçirilən “Məktəblilər Ədibin Evində” layihəsi 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində yekunlaşıb.
Hasilat şirkətinin fəaliyyət göstərdiyi Sabunçu və Suraxanı rayonlarındakı məktəblər üçün nəzərdə tutulan layihədə bu il 200-dən çox şagird, eləcə də şirkət əməkdaşlarının övladları iştirak ediblər.
“Məktəblilər Ədibin Evində” layihəsi mütaliə vərdişlərinin aşılanması, milli ədəbiyyata marağın artırılması, şagirdlərin mədəniyyətlə təmas quraraq fərdi inkişaf etməsinə dəstək verməyi nəzərdə tuturdu. İştirakçılar İçərişəhərdəki “Ədibin Evində” azərbaycançılıq ideologiyasını müzakirə edən silsilə görüşlərə qatılıb, keçirilən interaktiv məşğələ və müzakirələrdə hədiyyələr qazanıblar.
Layihənin nəticələrini qiymətləndirən “Balakhani Operating Company LTD”nin prezidenti Rövşən Rzayev bildirib:
“Uşaqlarımızın sağlam və firavan böyüməsi, onların rifahının yüksəldilməsi bizim üçün vacibdir. BOC olaraq Azərbaycanın “qara qızıl”ının “insan qızılı”na çevrilməsi missiyasına töhvə verməkdən qürur duyuruq”.