Yazarlar / Sosial
Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu 16.10.2026Yazarlar / Sosial
Jurnalistlərin IX qurultayı keçirildi 16.10.2026
Dünya / Maraqlı
Alimlər 2500 il yaşı olan qədim günəş 16.10.2026
İdman
UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a 16.10.2026Yanvarın 19-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Qanlı Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar “Bir nəfəs qədər” tamaşası nümayiş olunacaq.
Teatrdan bildirilib ki, Zəfər salnaməmizə həsr olunan səhnə əsərinin müəllifi və quruluşçu rejissoru Samir Qulamovdur.
SSRİ Xalq artisti Fikrət Əmirovun musiqisi əsasında hazırlanan tamaşada gənc pianoçu Kamil Həsənovun da fortepiano musiqisindən istifadə edilir.
İdeya müəllifi və bədii rəhbəri Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev olan səhnə əsərinin quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu baletmeysteri Əməkdar artist Leyla Ağayeva, konsertmeysteri Kamil Həsənov, rejissor assistentləri Sevinc Məmmədova və Əmrah Dadaşovdur.
Tamaşada Əməkdar artist Nahidə Orucova, Prezident mükafatçıları Səmədzadə Xasiyev, Hüseyn Əlili, aktyorlar Gülnarə Abdullayeva, Gülcahan Salamova, Əmrah Dadaşov, İbrahim Əlizadə, Ofeliya Novruzqızı, Əli Kərimov, Murad Əliyev və balet artisti İranə Kərimova rol alacaq.
Biletləri şəhərin bütün teatr-konsert kassalarından, “ASAN xidmət” mərkəzlərindən, eləcə də “iticket .az” saytından əldə etmək mümkündür.
Yanvarın 19-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Qanlı Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar “Bir nəfəs qədər” tamaşası nümayiş olunacaq.