Siyasət
Regional Ekoloji Sammitdə 20.04.2026
Mədəniyyət
Bu gün Xalq artisti Nəsibə Zeynalovanın 20.04.2026
Dünya
ABŞ İrana qarşı hərbi əməliyyatlara 55 20.04.2026
Mədəniyyət
Nizami Kino Mərkəzində “At gücü” sənədli 17.04.2026Xalq artisti Rasim Balayevin vəfatı Azərbaycan, ölkəmizin sənət ictimaiyyəti üçün çox ağır itkidir. Yeri doldurulmayacaq bir əfsanə getdi bu dünyadan. Onun ölümü mənim üçün çox böyük itkidir. O, mənim sənət yaradıcılığımda böyük rol oynayıb. Rasim Balayevlə birgə rol oynamaq məni zirvələrə qaldırdı.
Bu fikirləri İstanbulda Azərbaycan mətbuatına açıqlamasında Əməkdar incəsənət xadimi, aktrisa-rejissor Məlahət Abbasova səsləndirib.
Rasim Balayevlə mütəmadi olaraq əlaqə saxladıqlarını qeyd edən aktrisa deyib: “Biz əlaqəmizi heç bir vaxt kəsmədik. Ötən il Türkiyənin “Now tv” kanalında yeni serial çəkilişlərinə başlanacaqdı. Orada Rasim müəllimin çəkilməsini xüsusi olaraq istədilər. Rasim müəllimlə əlaqə saxladım, mətni də göndərdik. Bütün bayramlarda danışırdıq. Hətta son dəfə yeni ildə danışmışdıq. Mənə bir səs yazısı göndərdi, o səs hələ də qalır. Son günlərdə heç kiminlə görüşmək istəmirdi”, - deyə Məlahət Abbasova vurğulayıb.
Xalq artisti Rasim Balayevin vəfatı Azərbaycan, ölkəmizin sənət ictimaiyyəti üçün çox ağır itkidir. Yeri doldurulmayacaq bir əfsanə getdi bu dünyadan. Onun ölümü mənim üçün çox böyük itkidir. O, mənim sənət yaradıcılığımda böyük rol oynayıb. Rasim Balayevlə birgə rol oynamaq məni zirvələrə qaldırdı.