Yazarlar / Sosial
Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu 16.10.2026Yazarlar / Sosial
Jurnalistlərin IX qurultayı keçirildi 16.10.2026
Dünya / Maraqlı
Alimlər 2500 il yaşı olan qədim günəş 16.10.2026
İdman
UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a 16.10.2026Avqustun 19-da Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Milli Kitabxanada yazar və naşirlərlə görüş keçirilib.
Bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki, görüşdə Mədəniyyət Nazirliyi tərəfindən nəşrlərin satın alınması müsabiqəsinin nəticələri, oktyabr ayında keçiriləcək XII Bakı Beynəlxalq Kitab Sərgisi və kitabxana sahəsində aparılan islahatlar müzakirə olunub.
Mədəniyyət nazirinin müavini Fərid Cəfərov bildirib ki, Nəşr planının tərtibi və nəşriyyat məhsullarının satın alınması üzrə Komissiya tərəfindən nəşrlərin satın alınması şəffaf şəkildə həyata keçirilir. Kitabxana fondlarında az olan uşaq ədəbiyyatı, eləcə də akademik və elmi-kütləvi nəşrlərin sayının artırılmasına üstünlük verilir.
Qeyd olunub ki, oktyabrın 21-dən 27-dək keçiriləcək XII Bakı Beynəlxalq Kitab Sərgisi uşaqlara ithaf olunacaq. Builki sərgi “Həyat ekrandan böyükdür: bir uşaq, bir kitab, bir gerçək dünya” şüarı ilə təşkil ediləcək. Sərgidə iştirakla bağlı qeydiyyat sentyabr ayınadək davam edəcək.
Kitabxana sahəsində həyata keçirilən islahatlar barədə danışan Fərid Cəfərov qeyd edib ki, məqsəd kitabxanalarda xidmət səviyyəsinin müasir dövrün tələblərinə uyğunlaşdırılması, oxucuların kitaba əlçatanlığının təmin olunmasıdır.
Naşir və yazarlar çıxışlarında kitabxana sahəsində aparılan təkmilləşdirmənin əhəmiyyətini vurğulayıb, prosesə dəstəklərini ifadə ediblər.
Avqustun 19-da Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Milli Kitabxanada yazar və naşirlərlə görüş keçirilib.