Siyasət
Almaniya XİN: Cənubi Qafqazda sülh və 09.08.2026Sosial
İstirahət zonalarında polisin fasiləsiz 09.08.2026İqtisadiyyat
Xocalı və Xocavəndin bir sıra kənd və 09.08.2026Dünya
Vuçiç: Avropa böyük bir müharibənin 09.08.2026
Ankarada “Azaflı” Azərbaycan Sosial Dəstək və Mədəniyyət Dərnəyi və Türk Dünyası Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsi mövzusunda gecə keçirilib.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dosenti Təhminə Bədəlova dünya ədəbiyyatının görkəmli nümayəndəsinin yaradıcılığı mövzusunda məruzə edib.
Onun sözlərinə görə, Nizami Gəncəvinin əsərləri Şərqdə ədəbi fikrin və ümumən dünya mədəniyyətinin inkişafına güclü təkan verib. “Nizami Gəncəvi bir çox nəsillərin şüurunda dərin kök salmış müdriklik xəzinəsidir. Azərbaycanın dahi övladının irsi bütün bəşəriyyətə məxsusdur”, - deyə AMEA-nın dosenti bildirib.
O qeyd edib ki, Nizaminin yaradıcılığındakı “türk” sözü təkcə milli kimliyi deyil, həm də saflığı, gözəlliyi simvolizə edib.
“Heç də təsadüfi deyil ki, dahi söz ustadının əsərlərinin ilk tərcümələri türk dillərinə edilib”, - deyə nizamişünas alim vurğulayıb.
Alim Azərbaycan xalqının və dövlətinin Nizami Gəncəvi irsinə hər zaman xüsusi önəm verdiyini vurğulayıb. O, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, dahi şairin Gəncədəki məqbərəsində bərpa işlərinin aparıldığını diqqətə çatdırıb.
Alim Nizami Gəncəvi irsinin fəal təbliğinin vacibliyini qeyd edərək deyib ki, bu işdə nizamişünas alimlərin də xüsusi rolu var.
Tədbirdə ədəbiyyatşünas alimlər, dahi Nizami yaradıcılığının pərəstişkarları, qardaş ölkə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.