İqtisadiyyat
Yeddi ayda külək elektrik stansiyalarından 17.08.2026
Mədəniyyət
Məbud Məhərrəmov: Müslüm Maqomayev ümumxalq 17.08.2026
Dünya
Almaniyanın xidmət işçiləri altı limanda 17.08.2026
İdman
Çimərlik güləşi üzrə millinin baş məşqçisi: 17.08.2026Mayın 7-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin, Yasamal Rayon Heydər Əliyev Mərkəzi və Sübhnur Tədris və İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Kontitusiya və Suverenlik ili” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirildi.
Tədbirdə millət vəkili, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Abdulla Qarayev adına Fiziologiya İnstitutunun əməkdaşı Gülnarə Hüseynova, Bakı Dövlət Universitetinin “Diplomatiya və müasir inteqrasiya prosesləri” kafedrasının dosenti, professor Vəliyulla Cəfərov, Yasamal Rayon İcra Hakimiyyətinin böyük məsləhətçisi Emin Babayev, Mədəniyyət Nazirliyinin əməkdaşı Zakir Quliyev, Mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru İradə Əlili, BMEA-nın müxbir üzvi, dosent Nəbi Mahmudov və digər qonaqlar iştirak etdilər.
Tədbirdən öncə qonaqlar Mərkəzin foyesində “Ümummilli liderin ideyaları işığında Suveren Azərbaycan” adlı rəsm sərgisi ilə tanış oldular. Sonra qonaqlar muzey bölməsində Ulu Öndərin büstü önünə gül dəstələri qoyaraq onun əziz xatirəsini ehtiramla yad etdilər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirildi. Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə Mərkəzin böyük elmi işçisi Arifə Mustafayeva açaraq “Konstitusiya və Suverenlik ili ” çərçivəsində keçirilən tədbirin əhəmiyyətindən və Ulu Öndərin müstəqil Azərbaycan dövlətinin hüquqi əsaslarının formalaşdırılmasındakı əvəzolunmaz rolundan bəhs etdi.
Tədbirdə çıxış edən millət vəkili Ceyhun Məmmədov Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünü qeyd edərək bildirdi ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan və 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizin hüquqi, demokratik və dünyəvi dövlət kimi inkişafının əsasını qoyub. Bu Konstitusiya yalnız hüquqi sənəd deyil, həm də Ulu Öndərin dövlət idarəçiliyi fəlsəfəsini özündə əks etdirən mühüm siyasi irsdir.
Tədbirdə Ulu öndər Heydər Əliyevə həsr olunmuş film nümayiş olundu.
Tədbirdə çıxış edən Sübhnur Tədris və İnkişaf Mərkəzinin təsisçi direktoru Gülnarə Hüseynova və digər qonaqlar Konstitusiyanın xalqın suverenliyini, insan hüquq və azadlıqlarını təmin edən əsas qanun əhəmiyyətindən bəhs etdilər. Natiqlər Heydər Əliyevin hüquqi dövlət quruculuğu istiqamətində apardığı islahatların bu gün də prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladılar .
Tədbir Bakı şəhəri 2 nömrəli uşaq-gənclər inkişaf mərkəzinin dərnək üzvlərinin rəsm əsərlərinə baxış, uşaqların kompazisiyalı çıxışları və digər iştirakçıların ifaları ilə sona yetdi.
Hüseynbala Həsən
Mayın 7-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin, Yasamal Rayon Heydər Əliyev Mərkəzi və Sübhnur Tədris və İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Kontitusiya və Suverenlik ili” çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda tədbir keçirildi.