Siyasət
Bakıda İndoneziyanın müstəqilliyinin 81-ci 17.08.2026
İqtisadiyyat
Yeddi ayda külək elektrik stansiyalarından 17.08.2026
Mədəniyyət
Məbud Məhərrəmov: Müslüm Maqomayev ümumxalq 17.08.2026
Dünya
Almaniyanın xidmət işçiləri altı limanda 17.08.2026
Qarabağ Universiteti 2025/2026-cı tədris ilində abituriyentlər üçün maarifləndirmə kampaniyasına başlayıb.
Paytaxtın Nizami rayonunun Milli Qəhrəman M.Rüstəmov adına 32 nömrəli tam orta məktəbində və Kimya-biologiya təmayüllü Respublika liseyində bununla bağlı görüş keçirilib.
Görüşdə Qarabağ Universitetinin Humanitar və sosial elmlər fakültəsinin dekanı Elmar Mustafayev, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytən Quliyeva, İncəsənət fakültəsinin kafedra müdiri Arslan Növrəsli, Beynəlxalq Dil Mərkəzinin müəllimi Aytac Yolçuyeva və abituriyentlər iştirak ediblər.
Qarabağ Universitetinin nümayəndələri təqdimatla çıxış edərək tədris proqramları, fakültələr, ixtisaslar, Beynəlxalq Dil Mərkəzinin fəaliyyəti barədə ətraflı məlumat veriblər.
Görüşdə, həmçinin Qarabağ Universitetinə tələbə qəbulu ilə bağlı maarifləndirici söhbət aparılıb, universitetin üstünlükləri, tədris prosesi, müəllim heyəti, təqaüd imkanları, yataqxanası və digər müvafiq məsələlər barədə ətraflı məlumat verilib.