Yazarlar / Sosial
Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu 16.10.2026Yazarlar / Sosial
Jurnalistlərin IX qurultayı keçirildi 16.10.2026
Dünya / Maraqlı
Alimlər 2500 il yaşı olan qədim günəş 16.10.2026
İdman
UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a 16.10.2026Cari ilin birinci rübündə ABŞ-nin “Tesla” şirkətinin xalis mənfəəti illik müqayisədə 17 faiz artıb.
Yanvar-mart aylarında şirkətin ümumi gəliri illik müqayisədə 16 faiz artaraq 22,4 milyard dollara çatıb. Ötən ilin müvafiq dövründə “Tesla” 19,34 milyard dollar gəlir əldə etmişdi.
Bu ilin ilk rübündə şirkətin xalis mənfəəti isə illik müqayisədə 17 faiz artaraq 477 milyon dollara yüksəlib. “Tesla”nın mənfəəti ötən ilin eyni rübündə 409 milyon dollar olmuşdu. Şirkətin birinci rübdə gəliri bazar gözləntilərindən bir qədər aşağı olsa da, mənfəəti gözləntiləri üstələyib.
“Tesla” cari ilin birinci rübündə dünya miqyasında 408 min 386 avtomobil istehsal edib, 358 min 23 avtomobil tədarük edib. Şirkətin avtomobil istehsalı bu dövrdə illik müqayisədə 13 faiz, tədarük edilən avtomobillərin sayı isə 6 faiz artıb.
Cari ilin birinci rübündə ABŞ-nin “Tesla” şirkətinin xalis mənfəəti illik müqayisədə 17 faiz artıb.