Siyasət
Regional Ekoloji Sammitdə 20.04.2026
Mədəniyyət
Bu gün Xalq artisti Nəsibə Zeynalovanın 20.04.2026
Dünya
ABŞ İrana qarşı hərbi əməliyyatlara 55 20.04.2026
Mədəniyyət
Nizami Kino Mərkəzində “At gücü” sənədli 17.04.2026Çin istehsalı olan elektrik avtomobilləri Avropa İttifaqı (Aİ) ölkələrində daha çox populyarlıq qazanır. Bu trend Mərkəzi Avropa ölkələrində, xüsusən də Macarıstanda müşahidə olunur. Bu ölkədə hökumət artıq müəssisə və dövlət təşkilatları tərəfindən elektromobillərin alınmasına dövlət proqramı dəstəyi elan edib.
Bir sıra Çin istehsalçıları artıq bu proqramda iştirak etmək üçün müraciət ediblər.
Dövlət proqramında iştirak üçün Çindən ən çox müraciət edən brend hələ də “BYD”dir. Bu barədə Energetika Nazirliyi məlumat yayıb. Nazirliyin məlumatına görə, bu proqram çərçivəsində 1500-dən çox “BYD” modelinin alınmasına subsidiya əldə etmək üçün müraciətlər olunub. Bundan əlavə, 1100-dən çox “Tesla” modelinin alınmasına dəstək üçün də müraciətlər daxil olub ki, bu da “Tesla”nı bu sxem üzrə ikinci ən populyar brend edir.
Müəssisələr 500-dən çox “Hyundai” modelinin alınmasında dəstək üçün müraciət ediblər ki, bu da onu üçüncü yerə çıxarıb. Proqramda iştirak edən digər populyar elektromobil markaları arasında “Volvo”, “Kia”, “Volkswagen” və “Cenntro” da var.
Hazırda proqram çərçivəsində ümumilikdə təxminən 6800 elektromobilin alınması üçün müraciətlər daxil olub.
Çin istehsalı olan elektrik avtomobilləri Avropa İttifaqı (Aİ) ölkələrində daha çox populyarlıq qazanır. Bu trend Mərkəzi Avropa ölkələrində, xüsusən də Macarıstanda müşahidə olunur. Bu ölkədə hökumət artıq müəssisə və dövlət təşkilatları tərəfindən elektromobillərin alınmasına dövlət proqramı dəstəyi elan edib.