Mədəniyyət
Milli Azərbaycan Tarixi Muzeyində 1 iyun 02.06.2026Siyasət
“Bakı Enerji Həftəsi” Türkiyə mediasının 02.06.2026
İqtisadiyyat
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə 02.06.2026Sosial
FHN bəzi ərazilərdə gözlənilən küləkli və 02.06.2026
İslam qarşılıqlı anlayış, bərabərlik, ədalət və kamillik üzərində qurulmuş dindir. Bu dinin təməlində insanlara humanist və mərhəmətli yanaşma dayanır. Təəssüf ki, hazırda bir çox ölkələrdə müsəlmanlara qarşı nifrət və şübhə ilə yanaşma tendensiyası artır. İslam dininin şiddət və ekstremizm ilə əlaqələndirilməsi yalan və qərəzli yanaşmaların nəticəsidir. Xüsusilə də bu iddialar “söz azadlığı” adı altında təqdim olunur ki, bu da əslində azadlığın mahiyyətinə ziddir.
“İki sahil”ə istinadən xəbər veririk ki, bunu Efiopiya İslam İşləri Ali Şurasının prezidenti, Efiopiya İslam Alimləri və Dinlərarası Şurasının sədri İbrahim Tufa “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” adlı beynəlxalq konfrans çərçivəsində təşkil edilən “İslamofobiyada qlobal meyillər: çağırışlar və cavablar” mövzulu plenar iclasda deyib.
O qeyd edib ki, Məhəmməd Peyğəmbər haqqında hörmətsizliklər, təhqiramiz karikaturalar və onun şəxsiyyətinə yönəlmiş ittihamlar bu gün Qərb ölkələrinin bəzilərində geniş yayılır. Bu isə yalnız müsəlmanların deyil, bütöv cəmiyyətlərin dəyərlərinə qarşı təhlükəli yanaşmadır.
“Bəzi ölkələrdə etnik və dini ayrı-seçkilik davam edir. Kiçik müsəlman icmalarına qarşı psixoloji və fiziki zorakılıq artır, onların hüquqları tapdanır, mədəni və dini azadlıqları məhdudlaşdırılır.
Beynəlxalq hüquq və insan hüquqları prinsipləri isə bu cür davranışları qəti şəkildə rədd edir. Təəssüf ki, bəzi dairələr bu prinsiplərə əməl etmir və ayrı-seçkiliyi təşviq edən siyasət yürüdürlər. Bu səbəbdən biz müsəlmanlar İslamın əsl mahiyyətini, onun gözəlliklərini, dəyərlərini və sülh çağırışını daha çox yaymalıyıq. Maarifləndirici tədbirlərin, mədəniyyətlərarası dialoqun və dini tolerantlığın təşviqi bizim üçün seçim deyil, tarixi və mənəvi borcumuzdur”, - deyə Efiopiya İslam İşləri Ali Şurasının prezidenti vurğulayıb.
Onun sözlərinə görə, İslamın özündə olan mərhəmət, ədalət və hörmət prinsipləri dünyanın bütün xalqları üçün örnək ola bilər. Bu prinsipləri yaymaq və qlobal əməkdaşlığı gücləndirmək islamofobiyaya qarşı mübarizədə ən güclü silahdır.