İranda yaradılan və Azərbaycan əleyhinə fəaliyyət göstərən 60 səhifəni META silib

Siyasət

META (“Facebook”, “Instagram”) şirkəti 2025-ci ilin ilk rübünə dair "Adversial Threat" hesabatını dərc edib.

 Hesabatda qeyd olunur ki, İranda yaradılan və koordinasiyalı idarə edilən profil və səhifələr müəyyən edilib və onlar şirkət tərəfindən silinib. Onlardan 17-si “Facebook” hesab-profili, 22-si “Facebook” səhifəsi və 21-i isə “Instagram” hesab-profilidir (cəmi 60).

Hesabatda qeyd olunur ki, həmin səhifələr Azərbaycan dilində fəaliyyət göstərib, hədəf kütləsi Azərbaycan və Türkiyə auditoriyası olub.

META onları silmək üçün digər sosial medialardakı fəaliyyətlərini də araşdırıb.

Məlum olub ki, həmin səhifələr öz fəaliyyətlərini gücləndirmək və populyar görünmək məqsədilə saxta izləyici sayından istifadə edib və paylaşımları aktiv göstərmək üçün çoxsaylı rəylər yazıblar.

Qeyd olunan fəaliyyətlərlə bağlı mütəmadi əsasda aidiyyəti üzrə monitorinqlər aparılır və son 1 ay ərzində İranla yanaşı, Rusiyadan da idarə edilən və Azərbaycanı hədəfə alan 4 böyük xəbər səhifənin silinməsinə nail olunub.