Yazarlar / Sosial
Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu 16.10.2026Yazarlar / Sosial
Jurnalistlərin IX qurultayı keçirildi 16.10.2026
Dünya / Maraqlı
Alimlər 2500 il yaşı olan qədim günəş 16.10.2026
İdman
UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a 16.10.2026Hər bir insan ətraf mühitin mühafizəsi və təbiətin qayğısına qalmaq, gələcək nəsillərə daha davamlı dünya ötürmək üçün məsuliyyət daşıyır. Heç kimin öz məsuliyyət payını başqalarının üzərinə atmağa, ekoloji sahədə öhdəliklərdən yayınmağa haqqı yoxdur.
Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iyunun 5-də qeyd olunan Ümumdünya Ətraf Mühit Günü ilə bağlı müraciətində deyilir.
Türkiyə dövlətinin başçısı ekoloji sahədə artan problemlərə, o cümlədən qlobal temperaturun yüksəlməsinə, səhralaşmaya, biomüxtəlifliyin itirilməsinə, gözlənilməz sel və sürüşmələrə diqqət çəkib.
O vurğulayıb ki, insanlar təbiətlə necə davranırsa, ondan da eyni reaksiyanı alır. “Təbiət insan hərəkətlərinə reaksiya verir, özünü insanların kobud müdaxiləsindən qorumağa çalışır”, - deyən Ərdoğan Ümumdünya Ətraf Mühit Gününü bütün bəşəriyyətə çağırış üçün yeni fürsət adlandırıb.
Onun sözlərinə görə, bu gün dünyada ekoloji problemlər və böhranlar getdikcə geri dönməz xarakter alır. "İnsanlar reallığı qəbul edib hərəkətə keçməlidirlər. Bu, təkcə ekoloji strukturların deyil, hər bir təşkilatın, hər bir insanın missiyasıdır - bütün bəşəriyyətin ortaq vəzifəsidir", -deyə Türkiyə Prezidenti qeyd edib.
Bu baxımdan siyasətçi təbiətə həssas münasibətə, enerji səmərəliliyinə, tullantıların rasional idarə olunmasına çağırıb.
Hər bir insan ətraf mühitin mühafizəsi və təbiətin qayğısına qalmaq, gələcək nəsillərə daha davamlı dünya ötürmək üçün məsuliyyət daşıyır. Heç kimin öz məsuliyyət payını başqalarının üzərinə atmağa, ekoloji sahədə öhdəliklərdən yayınmağa haqqı yoxdur.