Mədəniyyət
Milli Azərbaycan Tarixi Muzeyində 1 iyun 02.06.2026Siyasət
“Bakı Enerji Həftəsi” Türkiyə mediasının 02.06.2026
İqtisadiyyat
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə 02.06.2026Sosial
FHN bəzi ərazilərdə gözlənilən küləkli və 02.06.2026Ukraynanın aparıcı mətbu orqanları Azərbaycan Prezidenti İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsini geniş işıqlandırıb.
“RBK-Ukrayna”, “Korrespondent” “Gordon” və digər xəbər portallarında nəşr edilən məqalələrdə Azərbaycan Prezidentinin müxtəlif mövzularda fikirləri qeyd edilib.
Prezident İlham Əliyevə istinadla bildirilib ki, Azərbaycan ərazi bütövlüyünün pozulmasından əziyyət çəkən bir ölkə olaraq bütün dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycan Rusiya-Ukrayna müharibəsinin ilk günlərindən Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib və dəstəkləməyə davam edir.
Məqalələrdə dövlətimizin başçısının Zəngəzur dəhlizi ilə bağlı fikirləri də işıqlandırılıb. Qeyd olunur ki, məhz SSRİ-nin fəaliyyəti nəticəsində Azərbaycan ərazisinin bir hissəsini itirib. Sovet İttifaqı Qərbi Zəngəzuru 1920-ci ildə Azərbaycandan alaraq Ermənistana verdiyi üçün Naxçıvan bölgəsi anklav olub.
Ukrayna mediasında, həmçinin Prezident İlham Əliyevin Vaşinqtona səfəri və Trampla görüşü barədə də fikirləri dərc edilib.
Ukraynanın aparıcı mətbu orqanları Azərbaycan Prezidenti İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsini geniş işıqlandırıb.