Yazarlar / Sosial
Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu 16.10.2026Yazarlar / Sosial
Jurnalistlərin IX qurultayı keçirildi 16.10.2026
Dünya / Maraqlı
Alimlər 2500 il yaşı olan qədim günəş 16.10.2026
İdman
UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a 16.10.2026Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 19-da Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş katibi Ərgüc Kələntərli ilə görüşüb.
BMMT-dənbildirilib ki, görüş zamanı BMMT ilə Azərbaycan Respublikası arasında uzunmüddətli və konstruktiv tərəfdaşlığı qeyd olunub. Baş katib Azərbaycanın təşkilata göstərdiyi davamlı dəstəyə və beynəlxalq əməkdaşlığa sadiqliyinə görə minnətdarlığını ifadə edib, ölkənin mülki müdafiə və fövqəladə halların idarə olunması sahələrində zəngin təcrübəsini diqqətə çatdırıb. O, həmçinin Baş nazir Əli Əsədovu BMMT-də həyata keçirilən institusional islahatlar, üzvlüyün genişləndirilməsi istiqamətində görülən işlər və planlaşdırılan humanitar təşəbbüslər barədə məlumatlandırıb.
Baş nazir Əli Əsədov Azərbaycanın BMMT ilə əməkdaşlığa sadiqliyini bir daha təsdiqləyərək, ölkəmizin beynəlxalq qurumla münasibətlərin daha da möhkəmləndirilməsinə verdiyi əhəmiyyəti vurğulayıb.
Görüşdə əməkdaşlığın gələcək inkişafı ilə bağlı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 19-da Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş katibi Ərgüc Kələntərli ilə görüşüb.