Mədəniyyət
Milli Azərbaycan Tarixi Muzeyində 1 iyun 02.06.2026Siyasət
“Bakı Enerji Həftəsi” Türkiyə mediasının 02.06.2026
İqtisadiyyat
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə 02.06.2026Sosial
FHN bəzi ərazilərdə gözlənilən küləkli və 02.06.2026
Dünən TÜRKPA-nın Baş katibi Ramil Həsən Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Antiterror Mərkəzi və Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyası (MDB PA) tərəfindən birgə təşkil olunmuş “Terrorizmlə mübarizə, radikalizm və ekstremizmin qarşısının alınması üçün süni intellekt və yeni texnologiyalardan istifadənin qanunvericiliklə tənzimlənməsi” mövzusunda beynəlxalq konfransda iştirak edib.
TÜRKPA-dan bildirilib ki, Ramil Həsən çıxışında süni intellektin və müasir texnologiyaların sürətli inkişafının təhlükəsizlik təhdidlərinin xarakterini dəyişdiyini, rəqəmsal məkanda terrorizm, radikalizm və ekstremizmlə mübarizədə yeni çağırışlar yaratdığını vurğulayıb.
R.Həsən, həmçinin BMT-nin Nizamnaməsinin məqsəd və prinsiplərinə sadiqliyin vacibliyini bir daha qeyd edib. O, beynəlxalq təşkilatları həmrəyliyi gücləndirməyə, sülh, təhlükəsizlik və humanitar dəyərləri təşviq etməyə, eləcə də terrorizmlə mübarizədə əməkdaşlığı artırmağa çağırıb.