Siyasət
Azərbaycan–Çin əlaqələrinin inkişaf 12.06.2026Siyasət
Azərbaycanın Portuqaliyada səfirliyi təsis 12.06.2026İqtisadiyyat
“Bakı Metropoliteninin Genişləndirilməsi 12.06.2026Mədəniyyət
Gürcüstandakı Azərbaycan teatrı ötən il 10 12.06.2026Azərbaycan Milli İncəsənət Muzeyində Beynəlxalq Sivilizasiyalararası Dialoq Günü münasibətilə dəyirmi masa təşkil olunub.
Dəyirmi masada Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva, Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Lu Mey, Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri, jurnalistlər, beyin mərkəzlərin, mədəni irs, ənənəvi sənətkarlıq və yaradıcılıq sənayeləri istiqamətində fəaliyyət göstərən qurumların təmsilçiləri, Çin üzrə ixtisaslaşmış mütəxəssislər iştirak ediblər.
Görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Çinin Sədri Si Cinpin arasında qarşılıqlı etimada əsaslanan münasibətlərin iki ölkənin strateji tərəfdaşlığının genişləndirilməsinə mühüm töhfə verdiyi vurğulanıb.
Qeyd olunub ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən layihələr Azərbaycan ilə Çin arasında qədim İpək Yolunun formalaşdırdığı tarixi-mədəni bağların yeni məzmunla zənginləşməsinə xidmət edir.
Tədbirdə Azərbaycan–Çin əlaqələrinin inkişafının perspektivləri, xalqlar arasında dialoqun gücləndirilməsində incəsənətin rolu və birgə əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb.
Həmçinin tədbir çərçivəsində Azərbaycan Milli İncəsənət Muzeyində nümayiş etdirilən ekspozisiyalara - Çin incəsənəti nümunələrinə baxış keçirilib. Qonaqlara muzeyin kolleksiyasında qorunan Şərq incəsənətinə aid nadir eksponatlar, onların tarixi və bədii xüsusiyyətləri barədə ətraflı məlumat verilib.
Azərbaycan Milli İncəsənət Muzeyində Beynəlxalq Sivilizasiyalararası Dialoq Günü münasibətilə dəyirmi masa təşkil olunub.