Siyasət
Bakıda İndoneziyanın müstəqilliyinin 81-ci 17.08.2026
İqtisadiyyat
Yeddi ayda külək elektrik stansiyalarından 17.08.2026
Mədəniyyət
Məbud Məhərrəmov: Müslüm Maqomayev ümumxalq 17.08.2026
Dünya
Almaniyanın xidmət işçiləri altı limanda 17.08.2026Azərbaycan Respublikası 13 illik fasilədən sonra Suriyanın paytaxtı Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa edib.
Bu barədəXarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.
Bildirilib ki, səfirliyin müvəqqəti işlər vəkili artıq Dəməşq şəhərinə ezam edilib və fəaliyyətə başlayıb.
Azərbaycan beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq, Suriyada davamlı sülhün və sabitliyin bərqərar olmasını dəstəkləyir.
Azərbaycan və Suriya arasında dostluq və əməkdaşlıq əlaqələrinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyması, siyasi, iqtisadi, mədəni və digər sahələrdə tərəfdaşlığın inkişaf etdirilməsi üçün yeni imkanların yarandığı bu vacib dövrdə səfirliyimiz Suriyanın keçid dövrü hökuməti ilə yaxından əməkdaşlıq edərək, ikitərəfli əlaqələrimizin inkişafına dəstək verəcək.
Azərbaycan Respublikası 13 illik fasilədən sonra Suriyanın paytaxtı Dəməşqdəki səfirliyinin fəaliyyətini bərpa edib.