Mədəniyyət
Milli Azərbaycan Tarixi Muzeyində 1 iyun 02.06.2026Siyasət
“Bakı Enerji Həftəsi” Türkiyə mediasının 02.06.2026
İqtisadiyyat
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə 02.06.2026Sosial
FHN bəzi ərazilərdə gözlənilən küləkli və 02.06.2026Azərbaycan Respublikasının Prezidenti İlham ƏIiyev martın 1-də “Barselona” Futbol Klubunun prezidenti Xuan Laportanı qəbul edib.
Qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirən Xuan Laporta Azərbaycana ilk dəfə COP29 zamanı səfər etdiyini xatırlayaraq, Bakıdakı inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi, burada əməkdaşlıq üçün böyük potensial gördüyünü və məhz buna görə də qısa müddət ərzində ölkəmizə ikinci dəfə gəldiyini vurğuladı.
Söhbət zamanı Azərbaycanda idman sahəsinə, o cümlədən futbolun inkişafına göstərilən dövlət qayğısına toxunuldu, ölkəmizdə nüfuzlu beynəlxalq idman yarışlarının, həmçinin dünya səviyyəli futbol oyunlarının ən yüksək standartlara uyğun təşkil edildiyi qeyd olundu.
Görüşdə Azərbaycanda “Barselona” futbol akademiyasının yaradılması ilə bağlı sənədin imzalanacağı bildirildi, akademiyanın gələcək fəaliyyətinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı, ölkəmizdə uşaq futbolunun inkişafı sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu.
Xuan Laporta Azərbaycan Prezidentinə xatirə hədiyyəsi təqdim etdi.
Azərbaycan Respublikasının Prezidenti İlham ƏIiyev martın 1-də “Barselona” Futbol Klubunun prezidenti Xuan Laportanı qəbul edib.