Siyasət
Bakıda İndoneziyanın müstəqilliyinin 81-ci 17.08.2026
İqtisadiyyat
Yeddi ayda külək elektrik stansiyalarından 17.08.2026
Mədəniyyət
Məbud Məhərrəmov: Müslüm Maqomayev ümumxalq 17.08.2026
Dünya
Almaniyanın xidmət işçiləri altı limanda 17.08.2026
Vaşinqtonda Ukrayna prezidenti Vladimir Zelenski fevralın 28-də Donald Trampla görüş üçün Oval ofisə iş kostyumu geyinmədiyi üçün tənqid edilib.
Lakin Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan bəri Zelenskinin sırf hərbi slubda geyinməsi, onu heraldikalı vətənpərvər köynəklərlə tamamlaması indiyədək heç bir dünya siyasətçisini utandırmayan danılmaz faktdır. Bununla da Ukrayna prezidenti Ukrayna xalqı və Ukrayna əsgərləri ilə birlik nümayiş etdirir.

O, dəfələrlə “həyəcan siqnalı kostyumu”(siren suit) adlanan geyimdə ictimaiyyət qarşısına çıxıb. Məhz bu geyimdə Çörçill 1942-ci il yanvarın 17-də Ağ evi ziyarət edib. Çörçilin bu şəkli İkinci Dünya Müharibəsinin üçüncü ilində çəkilib, necə ki, Zelenskinin şəkli Rusiyanın Ukraynaya qarşı müharibəsinin üçüncü ilində çəkilib.

Burada “həyəcan siqnalı kostyumu” geyinmiş ser Uinston Çörçil, 1942-ci il yanvarın 3-də, ABŞ-a səfəri zamanı bağ kreslosunda siqaret çəkərək istirahət edir.

Bu fotoda isə o, 1942-ci ilin iyununda, 'siren kostyumu' geyinib, Dauninq-strit 10 ünvanında masasındanoturaraq radioda çıxış edir.

Bu tip kombinezonlar müharibə zamanı vacib əşya olub. Xüsusilə bomba sığınacaqları üçün nəzərdə tutulub. Asanlıqla geyinib-çıxarılan rahat paltar olub, qoruma və istilik verib. Həyəcan siqnalları yaxınlaşan hava hücumunu elan etdikdə onu sadəcə gecə paltarı kimi də geyinmək olardı.
O, mexaniklər, ustalar və tank ekipajları da daxil olmaqla bir çox işçinin adi geyimlərini qorumaq üçün geyindiyi kombinezonlara bənzəmək üçün nəzərdə tutulub. “Həyəcan siqnalı kostyumu” hələ 1930-cu illərdə Uinston Çörçill tərəfindən icad edilib. Onu həm uşaqlar, həm də böyüklər sığınacaqlara sığınarkən geyinirdilər.