Siyasət
Bakıda İndoneziyanın müstəqilliyinin 81-ci 17.08.2026
İqtisadiyyat
Yeddi ayda külək elektrik stansiyalarından 17.08.2026
Mədəniyyət
Məbud Məhərrəmov: Müslüm Maqomayev ümumxalq 17.08.2026
Dünya
Almaniyanın xidmət işçiləri altı limanda 17.08.2026
Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının Sədri xanım Valentina Matvienkonun başçılıq etdiyi nümayəndə heyəti martın 17-si Fəxri xiyabana gələrək xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil qoyub, tər çiçəklər düzüblər.
Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın da məzarı ziyarət edilib, önünə tər güllər düzülüb.
Sonra nümayəndə heyətləri Şəhidlər xiyabanına gələrək, ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.
Ziyarət zamanı nümayəndə heyətlərini Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov və Azərbaycan-Rusiya parlamentlərarası üzrə işçi qrupunun rəhbəri Polad Bülbüoğlu və digər rəsmi şəxslər müşayiət ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi