Siyasət
Bakıda İndoneziyanın müstəqilliyinin 81-ci 17.08.2026
İqtisadiyyat
Yeddi ayda külək elektrik stansiyalarından 17.08.2026
Mədəniyyət
Məbud Məhərrəmov: Müslüm Maqomayev ümumxalq 17.08.2026
Dünya
Almaniyanın xidmət işçiləri altı limanda 17.08.2026Bu gün Fransa müstəmləkəçilik siyasətini davam etdirir. Fransa bütün vasitələrdən istifadə edərək Kanakda insanların həyatını, ictimai təşkilatları və siyasi fəalları nəzarətdə saxlamaq istəyir.
Bu fikri Bakıda keçirilən “Kolonializm: dini-milli kimliyin silinməsi” mövzusunda beynəlxalq konfransda kanak xalqının nümayəndəsi, keçmiş siyasi məhbus Jan Batis deyib. O bildirib ki, mənəvi terrora məruz qalan kanaklar Fransa boyunduruğunda yaşamaq istəmirlər: “Dəfələrlə repressiyalara və müxtəlif bəhanələrlə həyata keçirilən həbslərə baxmayaraq kanaklar mübarizəni davam etdirəcəklər.
Tarixin bütün mərhələlərində Fransa hökuməti kanakların təhsilini, dinini, milli dəyərlərini, mədəniyyətini xalqın əlindən almağa çalışıb. Bu qeyri-insani siyasət prezident Makronun Fransaya rəhbərlik etdiyi dövrdə daha da şiddətlənib. Kanakların keçirdiyi referendumların nəticələrinə baxmayaraq Fransa nəinki müstəqillik, həmçinin muxtariyyəti də məhdudlaşdıraraq xalqımıza qarşı amansız davranır. Bizim azad yaşamaq üçün potensialımız var”.
Jan Batis diqqətə çatdırıb ki, 2024-cü il mayın 13-də Fransa hökuməti kanakların haqlı tələblərinə qarşı polis zorakılığı ilə çıxdı. Nümayişdə iştirak edən çoxsaylı insanlar qətlə yetirildi. Bu hadisələrdən sonra xalqın qəzəbi daha da artıb. Kanaklar müstəqillik uğrunda mübarizəsini davam etdirəcəklər. Biz gələcək nəsillərə də mübarizə aparmaları üçün tariximizi və bu gün haqsızlığa məruz qalmağımız barədə məlumatlar çatdıracağıq.
Bu gün Fransa müstəmləkəçilik siyasətini davam etdirir. Fransa bütün vasitələrdən istifadə edərək Kanakda insanların həyatını, ictimai təşkilatları və siyasi fəalları nəzarətdə saxlamaq istəyir.