Yazarlar / Sosial
Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu 16.10.2026Yazarlar / Sosial
Jurnalistlərin IX qurultayı keçirildi 16.10.2026
Dünya / Maraqlı
Alimlər 2500 il yaşı olan qədim günəş 16.10.2026
İdman
UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a 16.10.2026Azərbaycanı bizə terrorçu ölkə kimi tanıtmağa çalışırdılar. Ölkənizə bir neçə dəfə səyahət etmişəm. Heç bir terrorçu əmələ rast gəlməmişəm. Əslində terrorçu ölkə Fransanın özüdür. Fransa azadlıq istəyən ölkələrin əlindən onların səsvermə hüquqlarını alıb. 1940-cı illərdə Yeni Kaledoniyada 1600-dən çox gənc Fransaya sürgün edilmişdi. Məqsəd Yeni Kaledoniyada yaşayan əhalinin sayını azaltmaq və onları yer üzündən yox etmək idi.
Bunu “Kolonializm: milli-dini kimliyin silinməsi” mövzusunda beynəlxalq konfransın iştirakçısı - kanak xalqının nümayəndəsi Maria İzabella Saliqa deyib.
M.İ.Saliqa fikirlərinə belə davam edib: “Bu konfransda iştirak etməkdə məqsədimiz ölkəmizdə olan problemləri dünya ictimaiyyətinə çatdırmaqdır. Martın 13-də Fransa Parlamentinin üzvü Matilda Panot tərəfindən ölkəmizə qarşı bir deklarasiya imzalandı. Deklarasiyaya görə bizim ölkəmizdə baş verənlər qeyri-qanunidir və Fransa torpaqlarına qarşı edilmiş terror aktıdır. Lakin biz bu konfransda iştirak edərək dünyada yaşayan 8 milyard insana Azərbaycan üzərindən səsimizi çatdırmağa çalışırıq. Bakı şəhəri bizim üçün rezonans şəhərdir. Ümid edirik ki, bu cür tədbirlər sayəsində bütün dünya bizim səsimizi eşidəcək və kömək əli uzadacaq”.
Azərbaycanı bizə terrorçu ölkə kimi tanıtmağa çalışırdılar. Ölkənizə bir neçə dəfə səyahət etmişəm. Heç bir terrorçu əmələ rast gəlməmişəm. Əslində terrorçu ölkə Fransanın özüdür. Fransa azadlıq istəyən ölkələrin əlindən onların səsvermə hüquqlarını alıb. 1940-cı illərdə Yeni Kaledoniyada 1600-dən çox gənc Fransaya sürgün edilmişdi. Məqsəd Yeni Kaledoniyada yaşayan əhalinin sayını azaltmaq və onları yer üzündən yox etmək idi.