Yazarlar / Sosial
Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu 16.10.2026Yazarlar / Sosial
Jurnalistlərin IX qurultayı keçirildi 16.10.2026
Dünya / Maraqlı
Alimlər 2500 il yaşı olan qədim günəş 16.10.2026
İdman
UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a 16.10.2026Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbun Ramazan bayramı münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb:
“Müqəddəs Ramazan bayramı münasibətilə Əlcəzair xalqı, hökuməti adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Zati-alinizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş xalqınıza daha böyük tərəqqi və rifah arzulayıram. Uca Allahdan bu bayramı bizə və bütün İslam ümmətinə əmin-amanlıq, xeyir və bərəkət ilə yenidən nəsib etməsini diləyirəm.
Bu əlamətdar bayram münasibətilə qardaş xalqlarımızın mənafeyinə uyğun olaraq ölkələrimiz arasındakı qardaşlıq əlaqələrini gücləndirmək, İslam ümmətimizin rifah və sabitlik şəraitində tərəqqisinə töhfə vermək öhdəliyinə sadiqliyimizi bir daha ifadə etmək istəyirəm.
Zati-aliləri, Əziz Qardaşım, ən yüksək ehtiramımı və ən xoş arzularımı qəbul etməyinizi xahiş edirəm”.
Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbun Ramazan bayramı münasibəti ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb: