Mədəniyyət
Milli Azərbaycan Tarixi Muzeyində 1 iyun 02.06.2026Siyasət
“Bakı Enerji Həftəsi” Türkiyə mediasının 02.06.2026
İqtisadiyyat
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə 02.06.2026Sosial
FHN bəzi ərazilərdə gözlənilən küləkli və 02.06.2026Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının (MDB PA) Şura, 58-ci plenar və 1941–1945-ci illərdə faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş təntənəli iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfərə gəlib.
“Pulkovo” hava limanında spiker Sahibə Qafarovanı Sankt-Peterburq Qanunvericilik Məclisinin sədr müavini Nikolay Bondarenko, deputat Andrey Ələsgərov, Sankt-Peterburq hökumətinin Xarici əlaqələr komitəsinin sədri Yevgeni Qriqoryev, MDB PA Şurasının baş katibi Dmitri Kobitski, Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev, Milli Məclisin MDB PA-dakı daimi nümayəndəsi Aydın Cəfərov, Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulu vəzifəsini icra edən Anar Yusifzadə və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarovanın MDB PA-nın Şura və plenar iclaslarında çıxışı, tədbirdə iştirak edən parlament nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının (MDB PA) Şura, 58-ci plenar və 1941–1945-ci illərdə faşizm üzərində Qələbənin 80 illiyinə həsr olunmuş təntənəli iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfərə gəlib.