Mədəniyyət
Milli Azərbaycan Tarixi Muzeyində 1 iyun 02.06.2026Siyasət
“Bakı Enerji Həftəsi” Türkiyə mediasının 02.06.2026
İqtisadiyyat
Bakı Enerji Həftəsi çərçivəsində maliyyə 02.06.2026Sosial
FHN bəzi ərazilərdə gözlənilən küləkli və 02.06.2026Fransa və Avropa İttifaqının (Aİ) Ermənistandakı fəaliyyəti Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yardım etməklə bağlı deyil, əksinə, regionda kənar müdaxilənin gücləndirilməsinə və sabitliyinin pozulmasına yönəlib.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Avropa İttifaqının Ermənistandakı missiyasının genişləndirilməsi ilə bağlı Parisin mövqeyini Moskvanın necə qiymətləndirdiyi ilə bağlı sualı cavablandırarkən bildirib. M.Zaxarova deyib: “Bəli, avropalıların, ilk növbədə fransızların öz geosiyasi məqsədlərinə nail olmaq üçün regional gərginliyin saxlanmasında maraqlı olduqlarını deməyə bütün əsaslar var. Onlar bizi inandırmağa çalışsalar da, Cənubi Qafqazda Parisin xoş niyyətlərinin olması ilə bağlı bizim heç bir illüziyamız yoxdur”.
Diplomat qeyd edib ki, regionda gündəm gərginliyin azaldılması, normallaşma, sülh, quruculuq, yaradıcılıq prosesi ilə uzlaşmır.
“Biz Avropa İttifaqının Ermənistandakı əsl məqsədlərinin nə olduğunu lap yaxşı bilirik. Onlar Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasına yardım etmək istəmir. Avropa İttifaqının nümayəndələrini casus müşahidəçi adlandırmaq olar. Onlar həm daxildə, həm də xaricdə Ermənistanla qonşu olan bütün dövlətlərə və ölkələrə qarşı işləyirlər”, - deyə Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi qeyd edib.
O, əlavə edib ki, Paris təmsilçilərinin bölgədə olarkən topladıqları məlumatlar heç bir şəkildə erməni həmkarları ilə paylaşılmır: “Çünki məqsəd başqadır. Onlar hər şeyi birbaşa Brüsselə göndərirlər. Nə üçün? Mənə elə gəlir ki, Brüsselin postsovet məkanında vəzifəsini heç kəs gizlətmir də. Bu, sonsuz xaos, ixtilaf, qarşıdurmadır”.
M.Zaxarova vurğulayıb ki, Aİ müşahidəçiləri regiona heç bir sabitlik gətirmir, əksinə, “yeni ayırıcı xətlər, yeni gərginlik ocaqları, yeni problemlər yaradırlar”.
Fransa və Avropa İttifaqının (Aİ) Ermənistandakı fəaliyyəti Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yardım etməklə bağlı deyil, əksinə, regionda kənar müdaxilənin gücləndirilməsinə və sabitliyinin pozulmasına yönəlib.