Yazarlar / Sosial
Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu 16.10.2026Yazarlar / Sosial
Jurnalistlərin IX qurultayı keçirildi 16.10.2026
Dünya / Maraqlı
Alimlər 2500 il yaşı olan qədim günəş 16.10.2026
İdman
UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a 16.10.2026Bakı şəhər Binəqədi rayonunda yerləşən 151 saylı uşaq bağçasında azyaşlılara vaxtı keçmiş, keyfiyyətsiz, həmçinin miqdarı uşaq sayına görə çox az olan qidaların verildiyi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Görüntülərdə yumurtaların istifadə müddətinin keçdiyi, eləcə də toyuq ətinin normadan az, kartofun çox olduğu görünür.
Bakı Şəhər Təhsil İdarəsindən bildirilib ki, 151 nömrəli uşaq bağçasında aidiyyəti qurumlar tərəfindən qidalanmanın təşkili ilə bağlı müvafiq araşdırma aparılıb:
"Məktəbəqədər təhsil müəssisələrində təlim-tərbiyə prosesi ilə yanaşı, uşaqların sağlamlığı, təhlükəsizliyi və qidalanması prioritet məsələlərdəndir. Bu məsələlərə həssaslıqla yanaşılır və daim diqqət mərkəzində saxlanılır. Bu müəssisələrdə qidalanma normaları Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən tənzimlənir və təşkil edilir. Uşaqların qidalanmasının düzgün təşkili və müəyyən olunmuş normativlərə uyğun, keyfiyyətli qida ilə təmin edilməsinə nəzarət məqsədilə vaxtaşırı monitorinqlər keçirilir.
Bakı şəhəri 151 nömrəli uşaq bağçasında aidiyyəti qurumlar tərəfindən qidalanmanın təşkili ilə bağlı müvafiq araşdırma aparılıb, bununla bağlı çatışmazlıqlar aşkarlanmayıb".
Bakı şəhər Binəqədi rayonunda yerləşən 151 saylı uşaq bağçasında azyaşlılara vaxtı keçmiş, keyfiyyətsiz, həmçinin miqdarı uşaq sayına görə çox az olan qidaların verildiyi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.