Yazarlar / Sosial
Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu 16.10.2026Yazarlar / Sosial
Jurnalistlərin IX qurultayı keçirildi 16.10.2026
Dünya / Maraqlı
Alimlər 2500 il yaşı olan qədim günəş 16.10.2026
İdman
UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a 16.10.2026
AMEA-nın Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin əməkdaşı Elvin Qarayev tərəfindən 5 - 6 may tarixlərində Şəkinin Şin kəndindən təxminən 7-8 km şimal-şərqdə yerləşən və əsas sel ocaqlarından biri olan Bırkaş (Salavat aşırımı ilə Böyük Qoruq dağları arası ərazi) qolu və eyni adlı dərədə ekoloji monitorinq işləri aparılıb.
E.Qarayev Böyük Qoruq dağının şimal yamacında baş verən səthi eroziya ilə bağlı tədqiqatlar apararkən sözügedən ərazidə heç bir elmi mənbədə qeyd olunmayan, dəniz səviyyəsindən 1290 metr hündürlükdə yerləşən və koordinatları 41°23′24″ N, 47°10′51″ E olan yeni şəlalə qeydə aldığını söyləyib.
Qeyd edib ki, hündürlüyü 18 metr, eni 1.05 metr olan şəlalənin ətrafı boz qayalıq relyef olduğu üçün şəlaləyə Elvin Qarayev tərəfindən “Boz qaya şəlaləsi” adı verilib.
Şəki Regional Elmi Mərkəzinin Ekoloji coğrafiya şöbəsinin müdiri Qafqaz Ağabalayev vurğulayıb ki, şəlaləyə gedən yol çay yatağı boyu kanyonvari dərədən keçir, ətraf ərazilər zəngin meşə landşaftı ilə əhatə olunub. Bundan başqa sözügedən şəlalənin suyundan nümunə götürülərək Şəki REM-də laborator şəraitdə yoxlamalar aparıldığını və tərkibində 18,9° C temperaturda 8.36 pH olduğunun müəyyənləşdirildiyini bildirib.