Yazarlar / Sosial
Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu 16.10.2026Yazarlar / Sosial
Jurnalistlərin IX qurultayı keçirildi 16.10.2026
Dünya / Maraqlı
Alimlər 2500 il yaşı olan qədim günəş 16.10.2026
İdman
UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a 16.10.2026Sürücülərin qəza və ya məcburi dayanma zamanı təhlükəsizlik qaydalarına riayət etməməsi bir sıra hallarda ağır faciələrə səbəb olur.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) mətbuat xidmətindənverilən məlumata görə, bəzən sürücülər hava və yol şəraitini, hərəkət şiddətini, məhdudiyyətli görünməni, sutkanın işıqlı, yaxud qaranlıq vaxtını nəzərə almadan avtomobillərini bu və ya digər səbəbdən yolun hərəkət hissəsində saxlamaqla təhlükəli vəziyyət yaratdıqlarının fərqinə varmırlar.
Qanuna əsasən, sürücü baş vermiş qəzanın daha bir xoşagəlməz hadisəyə səbəb olmaması üçün ilk növbədə qəza işıq siqnalını yandırmalı, qəza dayanma nişanını quraşdırmalı və ən qısa zamanda yolun hərəkət hissəsini boşaltmağa çalışmalıdır.
Eləcə də, avtomobil sıradan çıxdıqda, sürücü onu yoldan tamamilə kənara, bu mümkün olmadıqda səki və ya yol çiyninə çəkməli, digər sürücüləri xəbərdar etmək üçün zəruri təhlükəsizlik tədbirləri görməlidir.
BDYPİ səhlənkarlıq səbəbindən dəfələrlə ağır faciələrin yaşandığını bir daha sürücülərin diqqətinə çatdırır, onları özlərinin və başqalarının həyat və sağlamlığına etinasız yanaşmamağa çağırır.
Sürücülərin qəza və ya məcburi dayanma zamanı təhlükəsizlik qaydalarına riayət etməməsi bir sıra hallarda ağır faciələrə səbəb olur.