Yazarlar / Sosial
Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu 16.10.2026Yazarlar / Sosial
Jurnalistlərin IX qurultayı keçirildi 16.10.2026
Dünya / Maraqlı
Alimlər 2500 il yaşı olan qədim günəş 16.10.2026
İdman
UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a 16.10.2026Gəncə şəhəri, Mirzə Abbas Abbaszadə küçəsi, 91 ünvanında yerləşən, ölkə əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüş Gəncə Dövlət Filarmoniyasının Kamera zalının (Alban məbədi) mühafizə zonasında qanunsuz tikinti işlərinin aparılması faktı qeydə alınıb.
Bu barədə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən məlumat verilib.
Bildirilib ki, bir müddət əvvəl abidənin ətrafı dəmir materialdan hazırlanmış hasarla əhatə olunmuş, görülən tədbirlər nəticəsində həmin hasar sökülmüşdü. Lakin ötən gün mühafizə zonasında mişar daşından yeni hasarın tikilməsinə cəhd göstərilib. Bu gün səhər saatlarında qanunsuz tikinti sökülüb, işləri aparan şəxslərə isə xəbərdarlıq edilib. Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikasının abidələrin qorunması ilə bağlı qanunvericiliyinin pozulması cinayət, inzibati, intizam və mülki məsuliyyət yaradır.
Abidənin mühafizəsinin təmin olunması, onun orijinallığının və tarixi dəyərinin qorunması istiqamətində birgə tədbirlərin görülməsi üçün aidiyyəti dövlət orqanlarına müraciət olunub.
Gəncə şəhəri, Mirzə Abbas Abbaszadə küçəsi, 91 ünvanında yerləşən, ölkə əhəmiyyətli memarlıq abidəsi kimi dövlət mühafizəsinə götürülmüş Gəncə Dövlət Filarmoniyasının Kamera zalının (Alban məbədi) mühafizə zonasında qanunsuz tikinti işlərinin aparılması faktı qeydə alınıb.