Yazarlar / Sosial
Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu 16.10.2026Yazarlar / Sosial
Jurnalistlərin IX qurultayı keçirildi 16.10.2026
Dünya / Maraqlı
Alimlər 2500 il yaşı olan qədim günəş 16.10.2026
İdman
UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a 16.10.2026Müşahidə kameralarının qeydə aldığı qəzalara baxdıqda görünür ki, bir çox hallarda avtomobillərdə texniki nasazlıq yaranır və sürücülər zəruri təhlükəsizlik qaydalarına əməl etmirlər.
Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bildirilib ki, hadisələrin əsas səbəblərindən biri də nasaz nəqliyyat vasitəsi yolda qaldıqda təhlükəsizlik tədbirlərinin görülməməsi və sürücülərin diqqətsizliyidir. Çox zaman sürücülər ya avtomobildə oturub evakuator gözləyir, ya da nasazlığı yolun hərəkət hissəsində aradan qaldırmağa çalışırlar. Təəssüf ki, bu, əlavə yol-nəqliyyat hadisələrinə səbəb olur.
“Yol hərəkəti haqqında” Qanunun 55-ci maddəsinə görə, hərəkət zamanı nəqliyyat vasitəsində texniki nasazlıq yarandıqda sürücülər avtomobilləri yolun hərəkət hissəsindən kənara çəkməli və texniki yardım xidmətinə məlumat verməlidirlər.
Bu halda sürücülər qəza dayanma işıq siqnalını yandırmalı, qəza dayanma nişanını nəqliyyat vasitəsinin arxasında, zərurət olduqda isə həm də önündə, ən azı 30 metr məsafədə quraşdırmalıdırlar.
NİİM sürücüləri xəbərdar edir ki, qaydalara əməl olunmadıqda qəza riskləri artır və nəticələri qaçılmaz olur.
Müşahidə kameralarının qeydə aldığı qəzalara baxdıqda görünür ki, bir çox hallarda avtomobillərdə texniki nasazlıq yaranır və sürücülər zəruri təhlükəsizlik qaydalarına əməl etmirlər.