Yazarlar / Sosial
Mətbuat Şurasının yeni sədri Vüqar Zifəroğlu 16.10.2026Yazarlar / Sosial
Jurnalistlərin IX qurultayı keçirildi 16.10.2026
Dünya / Maraqlı
Alimlər 2500 il yaşı olan qədim günəş 16.10.2026
İdman
UEFA Avropa Liqası: “Milan” “Zaltsburq”a 16.10.2026“Elmin inkişafının ən böyük donorlarından biri ali təhsillə Akademiyanın qarşılıqlı əlaqəsidir. Biz, Akademiya, Elm və Təhsil Nazirliyi, universitetlər bir məqsədə, Prezident İlham Əliyevin müəyyən etdiyi elm siyasətinin həyata keçirilməsinə, elmi-texniki tərəqqinin, rəqəmsal texnologiyaların və süni intellektin inkişaf etdirilməsi ilə ölkəmizin ümumi inkişafına xidmət edirik. Birlikdə layihələrin həyata keçirilməsi və əməkdaşlığımızın genişləndirilməsi ölkəmizi və elmimizi irəli aparacaq.
Bu sözləri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Bakı Dövlət Universitetində AMEA-nın 80 illiyi münasibətilə keçirilən tədbirdə çıxışı zamanı bildirib.
İsa Həbibbəyli universitetin rəhbərliyini, professor-müəllim heyətini və tələbələrini Azərbaycan Milli Elmlər Akademiyasının kollektivi adından salamlayıb. Prezident İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 18 mart 2025-ci il tarixli Sərəncamının Azərbaycan elminə, aliminə, milli ziyalılarımıza, Elmlər Akademiyasına dövlət səviyyəsində göstərilən diqqətin, qayğının, ehtiramın ifadəsi olduğunu deyən akademik, bu mühüm dövlət sənədinə görə Akademiyanın çoxminlik kollektivi, tədbir iştirakçıları və gənclər adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
“Elmin inkişafının ən böyük donorlarından biri ali təhsillə Akademiyanın qarşılıqlı əlaqəsidir. Biz, Akademiya, Elm və Təhsil Nazirliyi, universitetlər bir məqsədə, Prezident İlham Əliyevin müəyyən etdiyi elm siyasətinin həyata keçirilməsinə, elmi-texniki tərəqqinin, rəqəmsal texnologiyaların və süni intellektin inkişaf etdirilməsi ilə ölkəmizin ümumi inkişafına xidmət edirik. Birlikdə layihələrin həyata keçirilməsi və əməkdaşlığımızın genişləndirilməsi ölkəmizi və elmimizi irəli aparacaq.